Ana səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / Azərbaycan Texniki Universiteti
Bu Universitetdə bir neçə startap - layihə mövcuddur. Onlardan 4-nü: “Zirehli texnikanın reduktoru və dönmə mexanizmi” layihəsini, “Mancanaq dəzgahının yeni konstruksiyası” layihəsini, “Liftin baş intiqalı” layihəsini və “Helikopterlərin baş reduktoru” layihələrini təqdim edirik.
Layihələrin əsasında duran reduktorlar dünyada analoqu olmayan cəmi iki val üzərində konstruksiya edilmiş çoxpilləli reduktorlardır və klassik reduktorlarla müqaisədə aşağıdakı üstünlüklərə malikdir:
- Daha yüksək faydalı iş əmsalı,
- Daha yüksək etibarlıq dərəcəsi,
- Daha yüksək texniki səviyyə,
- Daha yüksək ötürmə ədədi (17000 dək), yəni daha çox yükləmə anı daşıya bilən,
- Daha az metal tutumlu unifikasiya edilmiş hissələrdən ibarət olması.
Zirehli texnikanın reduktoru və dönmə mexanizmi layihəsi çərçivəsində hazırlanmış tankın baş reduktorunun və dönmə mexanizminin yeni konstruksiyası daha effektiv, etibarlı, yığcam və manevrlidir.
Mancanaq dəzgahının yeni konstruksiyası layihəsi çərçivəsində hazırlanmış balanssız mancanaq dəzgahının əsas üstünlükləri klassik mancanaq dəzgahlarından kiçik metal tutumu, ötürmə ədədinin dişli çarx və qayış ötürməsi arasında rasional paylanması, yüksək faydalı iş əmsalı, elektrik mühərrikinin tələb olunan gücünün azalması, ştanqların asqı nöqtəsinin vibrasiyasının və nisbi yüklənməsinin azalması və daha üstün dinamiki xassələri, daha üstün “bifurkasiya”, quyu vadisi ilə daha dəqiq mərkəzlənmə, tarazlaşmamış kütlələr və dayağa üfqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələrin olmaması, məhsuldarlığı və etibarlılığı ilə fərqlənir.
Mancanaq dəzgahı 2009-cu ildə Avrasiya patenti, İkiaxınlı üçpilləli an-reduktorları isə 2012-ci ildə Avrasiya patenti alınınmışdır.
Liftin baş intiqalı layihəsi çərçivəsində AN-reduktoru sxemi üzrə hazırlanmış liftin bucurqadı, kiçik enerji məsrəfləri, effektivliyi, lift kabinin sərbəstliyi və etibarlı ilə fərqlənir.
Helikopterlərin baş reduktoru layihəsi çərçivəsində AN-reduktoru sxemi üzrə hazırlanmış çoxaxınlı reduktor, “effektivliyi, kiçik metal tutumu, böyük fiə və etibarlığı ilə fərqlənir.
Əlaqələndirici şəxs: İslam İslamov
(icislamov@mail.ru; +994 12 538-94-16; +99450 626-76-99)
Ünvan: Hüseyn Cavid prospekti, 25, AZ1073;
Tel: (+994 12) 538-33-83;