Ana səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / AMEA Yüksək Texnologiyalar Parkı Biznes İnkubasiya Mərkəzi
AMEA Yüksək Texnologiyalar Parkı Biznes İnkubasiya Mərkəzinin və AMEA-nın Naxçıvan bölməsinin bir sıra uğurlu startap layihələri vardır.
TUSİ layihəsi “Artırılmış Reallıq” texnologiyasının hazırlanması və e-ticarətdə istifadəsini təklif edir. Müasir 3D Holoqram konsepsiyasına əsaslanır və digər rəqiblərindən fəqli olar yeni texnologiyanın hazırlanması istiqamətində inkişaf etdirilir. AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi layihəyə dəstək məqsədi ilə layihə komandasını iş mühiti ilə təmin edəcəkdir. “Tusi” layihəsinə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən layihənin inkişafı istiqamətində mentorluq və bir sıra dəstək (laboratoriya, məsləhət) verilir.
Rainergy yağışlı ölkələrin ucqar bölgələrində yaşayan insanların enerji problemini həll etmək üçün yağışdan enerji alan cihazdır. Bu cihaz iri həcmli cihazdır və 5 əsas hissədən ibarətdir: Yağış kollektoru, Rezervuar, Çarx, generator, Akkumlyator, İnvertor. Yağış yağan zaman kollektor suyu toplayır və rezervuarı doldurur. Daha sonra rezervuarda toplanan yağış suyu yüksək təzyiq və yüksək sürətlə çarxı hərəkətə gətirir. Çarxın hərəkəti generatoru işə salır ki, bu da yağış suyunun potensial enerjisini elektrik enerjisinə çevirir, alınan enerji 12V-luq akkumlyatorda toplanır. Daha sonra yığılan 12 V enerji invertorda 220 V çevrilir və daha sonra cərəyana birləşdirilir. Enerji alınan yağış suyu isə çəndə toplanacaq. Bu su asanlıqla filterləndikdən sonra içməli su kimi və suvarma üçün istifadə olunacaq.