Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

"Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında birinci yer tutur


https://azertag.az/xeber/Aqli_mulkiyyetin_qorunmasi_gostericisi_uzre_Azerbaycan_MDB_dovletleri_arasinda_birinci_yer_tutur-1205449

 

Dünya İqtisadi Forumunun 2018-ci il üçün nəşr olunan Qlobal Rəqabətlilik İndeksi ilə əlaqədar olaraq Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin ilkin şərhi

 

Bakı, 17 oktyabr 2018-ci il, AZƏRTAC

 

Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq, Azərbaycan 69-cu yeri tutub. Reytinqin hesablamaları əvvəllər tətbiq olunan metodikadan xeyli dərəcədə fərqlənən yeni metodika əsasında aparılıb.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən birinci mövqe - “Təsisatlar” vacib əhəmiyyətə malikdir. “Təsisatlar” mövqeyində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal yiğaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutmuşdu). “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında birinci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqaisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə 114-cü yerdədir.

“İnnovasiya” mövqeyi müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Azərbaycan “İnnovasiya” mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edir.

Azərbaycanın “İnnovasiya” mövqeyi üzrə göstəricilərinin yaxşılaşmasına bu mövqeyə daxil olan patent sahəsində və ticarət markaları sahəsində fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlər kömək etməlidir. “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan müvafiq olaraq 87-ci və 101-ci yeri tutur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?